"Qardaşım İlham Əliyevin qonağı olacağıq" - -VİDEO

10 İyun 15:00 Bizimkilər 178
"Qardaşım İlham Əliyevin qonağı olacağıq" - -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa çempionatının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Türkiyə-Uels qarşılaşmasını birlikdə izləyəcək.

Sportinfo.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bunu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib.

“Qarşıdan İtaliya-Türkiyə qarşılaşması gəlir. Bu oyuna böyük əhəmiyyət veririk.

İnşallah, milli komandamızın İtaliyadan müvəffəqiyyətlə qayıdacağı halda, biz də Azərbaycanda ikinci qarşılaşmanı İlham Əliyev qardaşımla birlikdə izləyəcəyik. Proqramımızı buna uyğun tərtib etmişik”, - deyə R.T.Ərdoğan bildirib.

R.T.Ərdoğan Şuşaya edəcəyi səfərdən də danışıb: “Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq.

Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”.

R.T.Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın Türkiyənin də verdiyi dəstəklə işğal altında olan torpaqlarını azad etməsi Ermənistan da başda olmaqla bölgədəki bütün tərəflərə yeni imkanlar açır.

İyunun 16-da Bakıda AVRO-2020 çərçivəsində Türkiyə-Uels matçı keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti