“Futbolda məşqçi amili, futbolçulara yanaşma tərzi çox önəmlidir.
“Sabah”da xorvatiyalı Krunoslav Renduliç ötən mövsümün sonlarında başladığı, komandaya aşıladığı oyun planını budəfəki təlim-məşq toplanışında daha da təkmilləşdirib.
Topsuz və toplu oyunda psixoloji hazırlıq “Makkabi” ilə qarşılaşmada komandanı “diri” saxladı. Yeni gələnləri, hücumun mərkəzinə transferləri ancaq alqışlamaq lazımdır”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Makkabi” – “Sabah” matçına toxunub, komandamızın qazandığı 3:0 hesablı qalibiyyətdə məşqçi faktoruna xüsusilə diqqət yetirib.
Bildirib ki, Masazır klubu yeni mövsümdə Premyer Liqada çox güclü təsir bağışlayacaq:
“Renduliçin oyun planını çox bəyəndim. Mərkəzdə rəqibə edilən basqı, qazanılan topların zamanında cinahlara yayılması, mərkəzə doğru sürətli ötürmələr....
Bir sözlə, möhtəşəm!”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

