Azərbaycanlı oyunçunun məyus olduğu 7 an - VİDEO

16 May 2021 21:20 Bizimkilər 1 273
Azərbaycanlı oyunçunun məyus olduğu 7 an - VİDEO

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 33-cü turu çərçivəsində doğma meydanda Tiraspol “Şerif”i ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:7. Orxan da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 33 oyunda 41 xal toplayıb və 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!