Azərbaycanın qadınlardan ibarət 3x3 millisindən növbəti qələbə

3 Avqust 2024 00:28 Paris-2024 1 691
Azərbaycanın qadınlardan ibarət 3x3 millisindən növbəti qələbə

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, millimiz 6-cı turda Çin ilə üz-üzə gəlib.

Yığmamız əlavə vaxtda rəqibini məğlub edib. Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Basketbolçularımız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ millisinə isə 20:17 hesabla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM