Ağayeva “Partizani” üçün... UEFA-dan növbəti təyinatı aldı

30 İyul 2024 03:00 Bizimkilər 1 692
Ağayeva “Partizani” üçün... UEFA-dan növbəti təyinatı aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinatı alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu komandalar arasında ilk matç "İberia"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO