Millimizi seçən hücumçunun bir gözü güldü, bir gözü ağladı - VİDEO

1 Mart 2021 09:20 Bizimkilər 1 233
Millimizi seçən hücumçunun bir gözü güldü, bir gözü ağladı - VİDEO

Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay" bu turda komanda doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. A. Nuriyev start heyətində meydana çıxıb və komandasının hər iki qolunun müəllifi olub Kapitan 13 və 45+1-ci dəqiqələrdə penaltidən fərqlənib.

Ancaq o, 18 və 85-ci dəqiqədə sarı vərəqələr alaraq meydandan qovulub. Rüstəm isə 68-ci dəqiqədə meydana daxil olub və 90+2-ci dəqiqədə əvəzlənib.

“Minay” 16 turdan sonra 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

AFFA Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin milliləşdirilməsi məqsədi ilə danışıqlara başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti