Müharibənin 10 noyabrda bitəcəyini bildi, sonuncu hücumda bu VİDEOnu çəkdi

26 Yanvar 2021 09:30 Bizimkilər 709
Müharibənin 10 noyabrda bitəcəyini bildi, sonuncu hücumda bu VİDEOnu çəkdi

"Onsuz da öləcəyik. Nə olar, olar. Hücuma gedirik, sağ olun".

Sportinfo.az xəbər verir ki, bu sözlər 44 günlük Vətən Müharibəsinin qəhrəman şəhidlərindən 23 yaşlı Emin Məmmədovun sonuncu çəkdiyi videoda dedikləridir. Sonuncu hücuma gedən zaman ailəsi ilə vidalaşıb.

Beyləqan rayon, Birinci Şahsevən kənd sakini olan Emin Məmmədov Vətən Müharibəsində 37 gün qəhrəmanlıqla iştirak edib. Füzuli, Qubadlı, Xocavənd, Hadrut və ən sonda da Daşaltı uğrunda gedən döyüşlərdə iştirak edib.

Emin Məmmədov sonuncu dəfə 1 noyabr tarixində atası Fazil Məmmədovla telefonda danışıb. Emin atasına müharibənin 9 gün sonra, noyabrın 10-da bitəcəyini deyib (musavat).

Emin ölümündən sonra Vətən uğrunda və Qubadlının işğaldan azad olunmasında göstərdiyi qəhrəmanlığa görə medallarla təltif olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"