COP29

“Avropada oynamağı xəyal etdiyim üçün bu klubun təklifi ilə razılaşdım”

13 İyun 01:00 Bizimkilər 1 250
“Avropada oynamağı xəyal etdiyim üçün bu klubun təklifi ilə razılaşdım”

“Daha güclü klublarda oynamaq istəyərəm. Uşaqlıqdan azarkeşi olduğum "Milan"da çıxış etmək isə ən böyük arzumdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan”dan ayrılaraq son Albaniya çempionu “Eqnatiya”ya keçən Zamiq Əliyev deyib.

Əliyev “Eqnatiya” ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçu yeni çağırışlar üçün ölkə xaricində oynamağı seçdiyini bildirib:

“Menecerim yerli və xarici klublardan təklif olduğunu dedi. Lakin Avropada oynamağı xəyal etdiyim üçün “Eqnatiya”dan gələn dəvəti qəbul etdim.

Əlbəttə ki, burada maliyyə məsələsi də rol oynadı. Lakin sırf gələcək karyeramı düşündüyüm üçün bu addımı atdım.

İlk dəfədir legioner həyatı yaşayacağam. Düşünürəm ki, çətinlik çəkməyəcəm.

Özümü yaxşı tərəfdən göstərə bilsəm, daha güclü liqalarda oynaya bilərəm. Buna inanıram”.

Onun sözlərinə görə, ötən mövsümün birinci yarısında “Eqnatiya”da çıxış etmiş Vüsal İsgəndərlidən komanda barədə məlumat alıb:

“Vüsalla klub haqqında geniş danışdıq. O da müsbət fikirlər səsləndirdi və lazımi məsləhətləri verdi”.

23 yaşlı müdafiəçi Albaniya təmsilçisinin hədəflərinin böyük olduğunu söyləyib:

“Komanda son mövsümü çempion olaraq başa vurdu. Klubun məqsədi Avropada layiqincə mübarizə aparmaq və yenidən ölkə çempionu olmaqdır.

Mən də bu kollektivlə çempionluq yaşamaq, eləcə də Azərbaycan millisinə dəvət almaq istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…