“Yurqorden” Musanı ikinci komandaya göndərdi, Elit Liqa Kubokunda qol vurdu

7 May 2024 13:40 Bizimkilər 1 207
“Yurqorden” Musanı ikinci komandaya göndərdi, Elit Liqa Kubokunda qol vurdu

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı "Yurqorden”in (İsveç) U-21 komandasında qol vurub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib.

Qurbanlı komandasının 4:2 hesablı qələbə qazandığı matçda hesabı açıb.

Musa Qurbanlı cari mövsüm İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyunda şans qazanıb və 30 dəqiqə meydanda olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO