Xarici media azərbaycanlı oyunçunu qiymətləndirdi: "Razılaşın, bu, qeyri-adi haldır"

23 May 2024 09:20 Bizimkilər 1 808
Xarici media azərbaycanlı oyunçunu qiymətləndirdi: "Razılaşın, bu, qeyri-adi haldır"

Polşa mətbuatı millimizin üzvü, “LKS Lodz”un müdafiəçisi Rahil Məmmədovun çıxışından yazıblar.

Sportinfo.az “weszlo.com”a istinadən xəbər verir ki, Məmmədovun performansı bəyənilib:

"Cari mövsümdə yəqin ki, özünüzə çox vacib sual vermisiniz: Rahil Məmmədov haradan gəlib? Əgər bu barədə heç vaxt düşünməmisinizsə, indi tam zamanıdır.

Azərbaycanlı çox dəqiq uzun ötürmələr verir, amma təəssüf ki, müdafiə olunmağı bilmir.

Razılaşın, bu, mərkəz müdafiəçisi üçün olduqca qeyri-adi haldır".

Məmmədovun formasını geyindiyi "LKS Lodz" sonuncu pilləni tutub və yeni mövsümdən aşağı liqada çıxış edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO