COP29

Qarabağda işğaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edild

23 May 08:10 Bizimkilər 919
Qarabağda işğaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edild

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edib.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

“Bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən xahiş edirik ki, silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN-in “102” Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər.

Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq”, - müraciətdə deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!