Azərbaycanlı hücumçunun burada qalmaq niyyəti yoxdur

26 İyul 2024 03:00 Bizimkilər 1 966
Azərbaycanlı hücumçunun burada qalmaq niyyəti yoxdur

Renat Dadaşov “Qarabağ”a keçə bilər. Bu iddia ilə İsveçrə mətbuatı çıxış edib.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusunun “Qrasshopper”də qalmaq niyyəti yoxdur.

25 yaşlı hücumçu müntəzəm oynaya biləcəyi bir kluba keçmək niyyətindədir. O, bu səbəbdən İsveçrə Superliqasında yeni mövsümün ilk turunda çıxış etməyib.

Dadaşovun adı 1-ci turda “Luqano”ya 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirən forvardın “Qarabağ”la danışıq apardığı deyilir. Milli üzvünün yerli oyunçu statusunda olması ağdamlıları cəlb edib.

Lakin “atlılar” transfer üçün böyük pul xərcləmək istəmir. Renat gələn yay müqaviləsinin bitəcəyi “Qrasshopper”dən azad agent kimi ayrıla bilsə, çempionumuza gəlməsi realdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO