COP29

DİQQƏT! Xərçəng xəstəliyinə tutulmaq istəmirsizsə, bunu ƏSLA ETMƏYİN

11 İyun 12:30 Bizimkilər 727
DİQQƏT! Xərçəng xəstəliyinə tutulmaq istəmirsizsə, bunu ƏSLA ETMƏYİN

Tatuajı olan insanlarda limfoma inkişaf riski 21 faiz yüksəkdir.

İsveçdəki Lund Universitetinin tədqiqatçıları 2007-2017-ci illər arasında limfa xərçəngi diaqnozu qoyulmuş 20-60 yaş arası 11.905 nəfərin məlumatlarından istifadə edərək döymə və xərçəng arasında əlaqəni araşdırıblar.

Tədqiqatçılar müəyyən ediblər ki, döymə etdirən insanlarda limfoma inkişaf riski 21 faiz yüksəkdir.

Tədqiqatçılar döymədə istifadə edilən mürəkkəbin tərkibində kanserogen kimyəvi maddələrin olduğunu eyni zamanda bu kimyəvi maddələrin

Tatuaj edərkən dərini deşərək bədənə daxil olduğunu və xərçəng riskini artırdığını bildiriblər.

Döymənin ölçüsü ilə xərçəng riski arasında heç bir əlaqə olmadığını qeyd edən tədqiqatçılar, ölçüsündən asılı olmayaraq döymənin bədəndə iltihabı tətiklədiyini və limfa xərçəngi riskini artırdığını vurğulayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!