Yığmamızın baş məşqçisinə 1 kiloya yaxın qızıl verdilər

25 May 10:10 Basketbol 463
Yığmamızın baş məşqçisinə 1 kiloya yaxın qızıl verdilər

“Biz Səudiyyə Ərəbistanına, ilk İslam Həmrəyliyi Oyunlarına getmişdik.

Mən Məhəmməd peyğəmbərin dəfn edildiyi Mədinədə, həm də Məkkədə oldum. Müqəddəs səfərlər zamanı oranı 3 milyon adam ziyarət edir. Bütün ayinləri yerinə yetirib, qızıl qapılardan keçdim“.

Sportinfo.az xəbər verir ki, bu sözlər basketbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Rimas Kurtinaytisə aiddir.

2002-2006-cı illərdə millimizə rəhbərlik edən litvalı mütəxəssis kimi İslam Həmrəyliyi Oyunlarının qalibi olduğu vaxtı yada salıb: “Bütün dünyanın müsəlmanları ildə bir dəfə ora gəlir.

Amma xaricilər şəhərin mərkəzinə buraxılmır. Məşqçi kimi oyunlarda iştirak etmək üçün müsəlman geyimi geyinmişdim. Dini ayinlərə əsasən mən mərmər yolu ayaqyalın 7 dəfə keçdim”.

Karyerası ərzində bir sıra turnirlərin mükafatçısı olan litvalı yığmamızla qazandığı medalı kolleksiyasındakı ən ağır qənimət sayır: “Oyunlarda birinci yeri tutduq.

Şeyxlərin təqdim etdiyi medal təmiz qızıldandır və mənim bütün mükafatlarım arasında ən ağırıdır. Olimpiya Oyunlarının medalları qızıl suyuna salınmışdır, sonradan qaralır. Səudiyyə Ərəbistanında alınan medal bir kiloya yaxın təmiz qızıldandır”.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 10:10 Bravo Sizi gözləyir!
13 İyul 21:00 1 il də "Sumqayıt"da