Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək - Azərbaycanın basketbol millisi

13 Aprel 2024 13:10 Basketbol 707
Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək - Azərbaycanın basketbol millisi

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığma Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə Monqolustan və Niderland kollektivləri ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq 11:55 və 13:45-də başlanacaq.

Millimiz ötən gün B qrupunda Çilini məğlub edib - 17:14.

Qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti