"Sabah" sabah yox, bu gün çempionluğun biraddımlığında

24 May 2024 03:00 Basketbol 737
"Sabah" sabah yox, bu gün çempionluğun biraddımlığında

Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasında 4-cü oyun baş tutacaq.

Sportinfo.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında keçirilən final seriyasındakı ümumi hesab 2-1 "Sabah" klubunun xeyrinədir.

Əgər son çempion "Sabah" final seriyasının 4-cü görüşündə debütant "Xəzri" üzərində qələbə qazanarsa, o zaman çempionluğu bayram edəcək.

"Xəzri" isə final seriyasında ümumi hesabı bərabərləşdirməyi bacarsa, final seriyası 5-ci oyuna qədər uzanacaq.

Super seriyada 4-cü oyun 24 may saat 19:30-da başlayacaq və CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi