Yığmamızın Dünya Kubokunda rəqibləri müəyyənləşdi - TƏQVİM

17 Mart 04:50 Basketbol 535
Yığmamızın Dünya Kubokunda rəqibləri müəyyənləşdi - TƏQVİM

Azərbaycanda ilk dəfə keçiriləcək 3x3 basketbol üzrə Dünya kubokunun seçmə mərhələsinin qrupları və təqvimi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millilərinin də rəqibləri müəyyənləşib.

Bakıda mübarizə aparacaq həm kişi, həm də qadın komandaları 2 qrupa bölünüb.

Kişi basketbolçuların mübarizəsində Monteneqro, Ruanda və İran A, Azərbaycan, Kanada və Böyük Britaniya B qrupunda yer alıblar.

Millimiz mayın 24-də saat 11:05-də şimali amerikalılar, ertəsi gün saat 12:55-də britaniyalılarla üz-üzə gələcək.

Qadınların yarışında isə Çili, Çin Taypeyi və Braziliya A, Azərbaycan, Latviya və Misir B qrupunda mübarizə aparacaq. Yığmamız mayın 24-də saat 10:15-də Afrika, ertəsi gün saat 12:05-də Baltikyanı ölkə təmsilçisi ilə qarşılaşacaq.

Mayın 24-25-də keçiriləcək seçmə mərhələnin ən yaxşı 3 komanda Dünya kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada