Azərbaycan millisinin baş məşqçisi: “Bizi bunda üstələdilər”

28 Noyabr 2024 03:50 Basketbol 458
Azərbaycan millisinin baş məşqçisi: “Bizi bunda üstələdilər”

“Fiziki cəhətdən rəqib bizi üstələdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev 2027-ci il dünya çempionatının seçmə mərhələsində Bakıda İsveçrə yığmasına 55:85 hesabı ilə məğlub olduqları oyun haqda deyib.

O bildirib ki, zədəli basketbolçuların olması komandanın oyununa təsir edib:

“Amil Həmzəyev və Ender Poladxanlının olmaması hiss olundu. Rəqibin təcrübəsi bizdən üstün çıxış etməsinə şərait yaratdı.

Azərbaycan millisində təcrübəli simalar var, lakin İsveçrə seçməsindəki kimi deyil. Heyətimizdə olan gənc basketbolçularda potensial görürəm. Onlara çox inanıram”.

Baş məşqçi əzmkarlığa görə basketbolçuları ilə qürur duyduğunu bildirib:

“Həqiqətən də meydana qələbə əzmi ilə çıxmışdılar. Təəssüf ki, fiziki yorğunluq komandaya təsir etdi. Yığma üçün əməyi olan hər kəsə minnətdaram”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI