COP29

"Mən heç vaxt bəhanələrə sığınmamışam, xoşbəxt olmalıyıq"

27 May 03:10 Basketbol 586
"Mən heç vaxt bəhanələrə sığınmamışam, xoşbəxt olmalıyıq"

"Mən heç vaxt bəhanələrə sığınmamışam".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında ikinci yeri tutan "Xəzri"nin baş məşqçisi Murat Dikmen deyib.

Mütəxəssis final seriyasının dördüncü matçında "Sabah"a 69:74 (ümumi hesab 1:3) hesabı ilə uduzduqları qarşılaşma haqda klubun mətbuat xidmətinə açıqlama verib.

O, ilk olaraq mövsüm ərzində yaxşı mübarizə apardıqları üçün oyunçularını təbrik edib:

"Həm ölkə kubokunda, həm də çempionatda final oynadıq. Komandamız yenidir və bunun müqabilində iki finalda çıxış etməyimiz böyük uğurdur. Ümid edirəm həm klub rəhbərliyi, həm də Azərbaycan Basketbol Federasiyası bu uğurları artıraraq bu cür davam edərlər. Final seriyasında çox təcrübəli komandaya qarşı oynadıq. Mövsümün əvvəlində avrokubokda çıxış etmiş, hazırlıqlara avqustda erkən start vermiş və rotasiyası çox geniş olan kollektivə qarşı mübarizə apardıq. Bunlar təbii ki, bir bəhanə deyil. Amma bəzi həqiqətlər var".

Baş məşqçi qalib gəldikləri ilk görüşdə bütün enerjilərini ortaya qoyduqlarını söyləyib:

"İkinci oyunda arxayınlaşdıq və rəqibimiz bunu yaxşı dəyərləndirdi. Üçüncü matçın ilk yarısını öndə tamamladıq ancaq böyük fasilədən sonra üstünlüyü rəqibə verərək məğlub olduq. Bu gün də eyni şəkildə oyunun sükanı bizim əlimizdə idi və böyük fasiləyə öndə yollandıq. Hətta üçüncü perioda qədər də irəlidə idik. Lakin son periodda rotasiyamızın az olmağına görə oyunçu dəyişikliklərini risk edərək həyata keçirdim və bu da bizi sistemimizdən kənara çıxardı. Mövsüm ərzində Cordan Perkins kimi bir oyunqurucu ilə çıxış etdik. Demək olar ki, Perkins bütün matçlardan 37-40 dəqiqə aralığında meydanda olur və görüşün sonlarına yaxın çox yorulurdu. Amma məni sevindirən məqamlardan biri də Səid İsmayılovun performansının artmağıdır. Artıq Azərbaycan basketbolu bu cür oyunçu qazandı. Kapitan Amil Həmzəyevin performansı həyacanverici idi. Ümid edirəm milli komanda da uğurlu olarlar. Digər gənclərin də inkişafını müşahidə etdim. Vüqar Məmişov meydanda çox önəmli işlər gördü. Mən Azərbaycan idmanından, basketbolunda çox razıyam. Buna görə çox xoşbəxtəm. Amerikalı basketbolçular da üzərlərinə düşənləri yerinə yetirdilər. Birlikdə yaxşı bir mövsüm keçirdik və gözəl finalla yekunlaşdırdıq. Məncə, bunu düşünüb xoşbəxt olmağımız lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"