COP29

“Azərbaycan çempionatının səviyyəsi məni təəccübləndirdi”

18 May 02:50 Basketbol 389
“Azərbaycan çempionatının səviyyəsi məni təəccübləndirdi”

"Düşünürəm ki, ikinci matç daha çətin olacaq".

Sportinfo,az xəbər verir ki, bunu "NTD-İndiqo"nun oyunçusu Eysan Vayli Azərbaycan Basketbol Liqasında "Xırdalan"a qarşı keçirəcəkləri üçüncü yer uğrunda ikinci qarşılaşmadan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, bu rəqibə qalib gəldikləri ilk görüşdə (95:79) çox yaxşı oyun göstərdiklərini və sabahkı matçda məqsədlərinin dəyişmədiyini bildirib:

"İlk dueldə oyun planına əmək etdik və qələbə qazandıq. Komandanın müdafiədəki çıxışını xüsusi qeyd edərdim.

Üçüncü yer uğrunda oynayırıq. Ancaq bu, gözlədiyimiz nəticə deyil

Məqsədimiz çempionluq idi. Amma biz peşəkarıq və işimizi görməliyik".

ABŞ-dən olan basketbolçu Azərbaycan çempionatının səviyyəsində də söz açıb:

"Artıq bir neçə aydır ki, bu ölkədə oynayıram. Liqanın səviyyəsi məni təəccübləndirdi.

Kifayət qədər yüksəkdir. Hər komandada amerikalı, eləcə də keyfiyyətli azərbaycanlı oyunçular var".

"NTD-İndiqo" və "Xırdalan" arasındakı ikinci matç mayın 18-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"