"Onlar bizi məğlub etmədi, özümüz uduzduq"

15 May 2024 08:30 Basketbol 630
"Onlar bizi məğlub etmədi, özümüz uduzduq"

"Biz hər matça yalnız qələbə üçün çıxırıq".

Sportinfo.az xəbər verir ki, bunu "NTD-İndiqo"nun basketbolçusu Əkbər Məmmədov Azərbaycan Basketbol Liqasında "Xırdalan"a qarşı keçirəcəkləri oyunlar barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Oyunçu yarımfinalda "Xəzri"yə səhvlər ucbatından yenildiklərini bildirib:

"Həm də şans tərəfimizdə deyildi. İlk oyunda "Xəzri" bizi məğlub etmədi, özümüz uduzduq.

İkinci görüşdə hər şey yaxşı gedirdi. İrəlidə idik, amma dördüncü hissədə qələbəni rəqibə verdik.

Düşünürəm ki, daha çox şeyə layiq idik. Amma "Xırdalan"la oyunlarda yalnız qələbə üçün oynayacağıq".

Tərəflər arasındakı ilk matç mayın 15-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda