PFL 1 yaş da böyüdü - 12!

2 İyul 2020 10:24 Azərbaycan Futbolu 869
PFL 1 yaş da böyüdü - 12!

Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranması günüdür.

Sportinfo.az xəbər verir ki, 2008-ci ilin iyulun 2-də yaradılan qurumun 12 yaşı tamam olur.

PFL 12 il öncə AFFA-nın inzibati binasında keçirilən iclas zamanı assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. Həmin vaxtdan liqanın prezidenti Ramin Musayevdir. PFL prezidenti bu vəzifəyə 3 dəfə seçilib.

Ad gününü qeyd edən qurum bu 12 ildə daxili yarışları keçirir. Azərbaycan Premyer Liqası, I Divizion və Azərbaycan kubokunu təşkil edən PFL yarandığı vaxtdan indiyədək bir sıra yeniliklərə də imza atıb.

Həmçinin bu illər ərzində çempionatın səviyyəsi nəzərəçarpan dərəcədə artıb, bunun nəticəsində klublarımız beynəlxalq arenada daha uğurlu çıxış edib.

"Apasport" PFL-i 12 yaşı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!