"Belə böyük klubu məğlub etməyin ayrı ləzzəti var"

25 Fevral 2020 16:56 Azərbaycan Futbolu 811
"Belə böyük klubu məğlub etməyin ayrı ləzzəti var"

"Çempionatda irəliləmək və titul qazanmaq üçün əla şansımız var. Bu fürsətdən yararlanmalıyıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun və Azərbaycan millisinin futbolçusu Riçard Almeyda yerli "Emirates Today" nəşrinə açıqlamasında deyib.

"Prezident kuboku"nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli"ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə təəssüratlarını bölüşən sabiq "Qarabağ"lı yarımmüdafiəçi yeni komandasının heyətində qol hesabını açmasından bəhs edib.

Matçın ilk hissəsinə əlavə olunmuş 3-cü dəqiqədə penaltidən fərqlənən 31 yaşlı futbolçu "Baniyas"ın 2020-ci ildə ən vacib qoluna imza atdığını bildirib: "Əl-Əhli" kimi böyük klubu məğlub etməyin ayrı ləzzəti var".

Almeyda kubokun yarımfinalına vəsiqə qazanmalarında komandanın baş məşqçisi Vinfrid Şeferin böyük rolunun olduğunu söyləyib: "Ötən həftə yaxşı məşq etmişdik. Hamının fikri kubokda mərhələ adlamaq idi. Təbii ki, qələbədə əsas rolu Şefer oynadı".

Təcrübəli yarımmüdafiəçi "Baniyas"ın cari mövsüm ölkə çempionatındakı hədəflərini də açıqlayıb: "Çempionatda birdən-birə titul qazanmaq barədə düşünməməliyik.

Kubokda ağır oyun keçirərək yarımfinala vəsiqə qazanmışıq. Addım-addım irəliləməli, hər oyuna ciddi yanaşmalıyıq. Bu mövsüm əsas hədəflərimizdən biri Asiya Çempionlar Liqasına vəsiqə qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti