Yunan turizm agenti hakimlərimizə məşq keçdi

21 Yanvar 11:34 Azərbaycan Futbolu 164
Yunan turizm agenti hakimlərimizə məşq keçdi

Yanvarın 17-dən 19-dək I divizion, 19-dan 21-dək isə Premyer Liqa hakimlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilib. Sportinfo.az xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçirilən toplanışın əsas hissəsi nəzəri biliklərə həsr olub.

Toplanışa rəhbərlik edən yunanıstanlı keçmiş FİFA referisi, hazırda Saloniki şəhərində turizm agenti kimi fəaliyyət göstərən Kiros Vassaras hər iki qrup üçün məşqlər keçib. Məşqlər müxtəlif mövqelərdən quraşdırılımış videokameralar vasitəsilə qeydə alınıb. Daha sonra hakimlərin müsbət və mənfi tərəfləri qeydə alınmış videogörüntülər vasitəsi ilə onlara izah olunub.

Toplanış çərçivəsində hakimlər yenidən laktat testi veriblər. Onların sürət və güc dözümlülüyü, bədən quruluşları və əzələ testləri yoxlanılıb. Koordinasiya və stabilizasiya testlərinin ardından hər bir hakimə verilmiş fərdi məşq planının hansı səviyyədə yerinə yetirildiyi, əvvəlki testlə müqayisədə inkişafın olub-olmaması müəyyənləşdirilib. Laktat testi Taro Netser və Fritz Ştuxlik tərəfindən həyata keçirilib.

Xəbər Lenti
25 Fevral 21:08 Yunuszadə oynamadı
25 Fevral 16:28 Ağayev Avstriyaya getdi
25 Fevral 11:34 "Bunu bacara bilməsək..."
25 Fevral 11:20 Bu da yeni lider - VİDEO
24 Fevral 22:20 Mahirdən ulduzla FOTO