Onu tənqid edənlərə cavab verdi: “Bezdirmisiz” - FOTO

29 İyun 23:20 Cüdo 126
Onu tənqid edənlərə cavab verdi: “Bezdirmisiz” - FOTO

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan idmançıları növbəti uğura imza atıblar.

Sportinfo.az xəbər verir ki, yarışın növbəti günündə Azərbaycanın daha iki cüdoçusu fəxri kürsüyə qalxmağı bacarıb.

Turnirdə 81 kq çəki dərəcəsində mübarizə aparan idmançılarımızdan Zelim Tçkayev bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib.

Eyni çəkidə çıxış edən Olimpiya çempionumuz Hidayət Heydərov isə yarışı bürünc mükafatla başa vurub.

H.Heydərov son illərdə çəki problemi səbəbindən bəzi turnirlərdən kənarda qaldığı üçün idman ictimaiyyəti tərəfindən tənqid olunurdu.

Yeni çəki dərəcəsində bürünc medal qazanan cüdoçumuz tənqidlərə sosial şəbəkə hesabında cavab verib.

O, fəxri kürsüdəki fotosunu “Bezdirmisiniz... Yenə kürsüdəyəm, sizi çox-çox sevirəm” qeydi ilə paylaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!