Dünya çempionatında oyun “alver”i olub? - VİDEO

Dünya çempionatında oyun “alver”i olub? - VİDEO

Dünya çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Əlcəzair – Avstriya matçı ilə bağlı “danışılmış oyun” şübhələri artmaqda davam edir.

Sportinfo.az xəbər verir ki, qarşılaşma 3:3-lük bərabərliklə başa çatıb.

Həmin matçın 28-ci dəqiqəsində Avstriya hesabı açır. Lakin birinci hissənin son dəqiqəsində afrikalılar bərabərlik qolunu vurur.

Avstriya 55-ci dəqiqədə yenidən önə keçir. Cəmi 5 dəqiqə sonra Əlcəzair fərqlənərək hesabda tarazlıq yaradır.

90+3-cü dəqiqədə isə Afrika təmsilçisi önə keçir. Lakin bu zaman futbolçulara bildirilir ki, onlar ikinci pillənin sahibi olacağı halda İspaniya ilə qarşılaşmaq məcburiyyətində qalacaqlar.

Nəticədə, Əlcəzair 90+6-cı dəqiqədə qol buraxaraq ən yaxşı üçüncülər arasına girir və İsveçrəyə rəqib olur.

Bu matçın belə hesabla bitməsi böyük şübhələrə yol açır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!