Myanma və Banqladeş yığmaları Azərbaycana gəlməyə razılıq verdi

Myanma və Banqladeş yığmaları Azərbaycana gəlməyə razılıq verdi

Bu ilin oktyabrında Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatının iştirakçıları bir-bir müəyyənləşir.

Sportinfo.az xəbər verir ki, mundial üçün ölkəmizə gələcək iki komanda artıq bəllidir. Bunlar Myanma və Banqladeş yığmalarıdır.

Myanma Futbol Federasiyası artıq dünya çempionatı üçün heyət formalaşdırma mərhələsinə başlayıb. Qurum bölgələrdən istedadlı gəncləri cəlb etmək üçün skautlara tapşırıq verib.

Banqladeşin gənclər və inkişaf üzrə baş məşqçisi Cerard Cons da məlumatı böyük sevinclə qarşıladıqlarını və dünya çempionatı üçün heyət quracaqlarını açıqlayıb.

U-15-lərin dünya çempionatı 22-31 oktyabrda Azərbaycanda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!