“Qarabağ” və “Neftçi”ni orada görə bilərikmi? - VİDEO

3 Mart 2025 16:40 Azərbaycan Futbolu 1 106
“Qarabağ” və “Neftçi”ni orada görə bilərikmi? - VİDEO

“Azərbaycan kubokunda “Qarabağ” - “Neftçi” finalı izləyə bilərikmi?

Görünən odur ki, “Neftçi” bu mövsüm azarkeşlərini kuboku qazanmaqla sevindirmək niyyətindədir.

Ancaq bu, elə də asan olmayacaq. Çünki eyni hədəfi “Sabah”da məqsəd edib.

Bir sözlə, maraqlı yarımfinallar bizi gözləyir”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarını dəyərləndirib, yarımfinalda favorit komandalar barədə şərhlər verib.

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cütləri müəyyənləşib. "Neftçi" finala gedən yolda "Sabah"la münasibətlərə aydınlıq gətirəcək.

Yarımfinalın digər cütündə isə “Qarabağ”la “Araz-Naxçıvan” üz-üzə gələcək.

Bu etapın oyunları aprelin 2-də və 23-də keçiriləcək.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi