Bölgə klubunun müdafiəçisindən azarkeşlərə maraqlı jest - VİDEO

26 May 2024 19:00 Azarkeş 927
Bölgə klubunun müdafiəçisindən azarkeşlərə maraqlı jest - VİDEO

"Şamaxı" bir illik fasilədən sonra Premyer Liqaya qayıtmağı bacardı.

Birinci Liqanın sonuncu turunda "Araz Saatlı"nı məğlub edərək (3:1) bu uğura nail olan komandanın düşərgəsində əhval-ruhiyyə ən üst səviyyədədir.

Hərə sevincini bir yolla göstərib.

"Şirlər"in uğurunda böyük əməyi olan təcrübəli futbolçu Səbail Bağırov isə fərqli addım atması ilə yadda qalıb.

O, öncə əldə olunan uğur barədə danışıb, ardınca isə məskunlaşdıqları otelin yuxarı mərtəbəsindən oyun formasını aşağıda cəm olan azarkeşlərə atıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Maraqlı görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti