COP29

Nəhayət, Azərbaycan çempionatında dolu bir stadion gördük!

11 Fevral 15:40 Azarkeş 2 146
Nəhayət, Azərbaycan çempionatında dolu bir stadion gördük!

Axır ki, Azərbaycan çempionatında maraqlı və azarkeşləri sevindirən gözəl bir oyun izlədik.

Sumqayıtın Mehdi Hüseynzadə adına on ildən sonra istifadəyə verilmiş stadionunda «Sumqayıt»la «Neftçi» 21-ci turun oyununa çıxmışdı.

«Sumqayıt» 2:1 qalib gəldi. Söhbət kimin qalib gəlməyindən, kimin uduzmağından getmir.

Oyunun bir gözəlliyi stadiondakı azarkeşlərdi. Yadırğamışıq stadionda azarkeş görməyə.

Bir az «Turan Tovuz"un oyununa az-çox azarkeş gəlir, bir az da «Qarabağ»la» «Neftçi»nin oyunlarına.

Azarkeşsiz oyunlar sönük keçir, çunki futbolçu tamaşaçılardan ruh alır.

Nəhayət, Azərbaycan çempionatında dolu bir stadion gördük.

Eşq olsun «Sumqayıt» azarkeşlərinə. Təbii ki, «Neftçi»nin fanatlarını da unutmaq olmaz.

Kaş belə ola həmişə.

ƏDALƏT

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"