40 dərəcə istidə stadiona axışdılar - FOTOLAR

6 Avqust 2023 17:45 Azarkeş 2 003
40 dərəcə istidə stadiona axışdılar - FOTOLAR

Premyer Liqanın açılış turunda "Kəpəz" əzəli rəqibi "Neftçi"ni qəbul edir.

Gəncə şəhər stadionu uzun fasilədən sonra qapılarını yenidən azarkeşlərinin üzünə açıb.

Oyun başlayan saatda Gəncədə havanın hərarəti müsbət 40 dərəcə idi. Düşünmək olardı ki, havaın dəhşətli dərəcədə isti olması azarkeş sayına təsir edəcək. Amma yox..

Hakimin start fiti zamanı stadiona icazə verilən sayda - 3 min tərəfdar daxil olmamışdısa, artıq 10-cu dəqiqədə tribunalardakı sıxlıq diqqət çəkirdi.
Gəncəlilər əbədi və əzəli rəqiblə matçı canlı izləmək üçün tribunalardakı yerini tutmuşdu.

Maraq üçün bildirək ki, "qırmızı-qaralar" Gəncədə sonuncu dəfə aprelin 1-də "Səbail"i qəbul etmişdi.

HƏBİB / SPORTINFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI