"Neftçi"dən istefa tələb etdilər

20 Avqust 2017 00:08 Azarkeş 748
"Neftçi"dən istefa tələb etdilər

Premyer Liqanın 2-ci turunun açılış matçında "Neftçi" səfərdə "Səbail"lə qarşılaşdı. Sportinfo.az xəbər verir ki, elitanın debütantı ilə qarşılaşma "ağ-qaralar" üçün uğursuz alındı.

Belə ki, hər kəs matçın qolsuz bitəcəyini düşündüyü bir vaxtda səhnəyə çıxan "Səbail"in türkmənistanlı legioneri Elman Taqayev fantastik zərbə ilə qonaq komandanın qapısına yol tapdı. Nəticədə, qarşılaşma "Neftçi"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

"Səbail"in hesabı açması matçı izləməyə gələn qonaq komandanın azarkeşlərinin də səbr kasasını daşırdı. Belə ki, onlar dərhal komandanın baş məşqçisi Elxan Abdullayevi istefaya səsləməyə başladılar.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?