"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Panatinaikos"a uduzduqları matçdan (0:1) sonra açıqlama verib.
Sportinfo.az xəbər verir ki, rəqibin çox yaxşı futbol sərgilədiyini deyib: "Panatinaikos" çox yaxşı komandadı. Bizim üçün çox çətin oyun oldu. Rəqib ikinci, hətta üçüncü qolu da vura bilərdi. Bu, olmayıbsa, qapıçmıza təşəkkür etməliyik.
Düşünürəm ki, 0:1 hesablı məğlubiyyət bizim üçün yaxşı nəticədir. İnanıram ki, cavab oyununda vəziyyəti öz xeyrimizə dəyişə biləcəyik. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

