"Qarabağ": 17 min satıldı - FOTO

25 İyul 2017 08:24 Azarkeş 560
"Qarabağ": 17 min satıldı - FOTO

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldova "Şerif"i arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, geridə qalan 4 gündə satılan biletlərin sayı artıq 17 minə çatıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər. Matç iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11 və 18 nömrəli sektorlar – 3 AZN
12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN
VİP - 50 AZN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti