"Barselona” azarkeşlərinin rekord qırma cəhdi nəticəsiz qalıb. Sportinfo.az xəbər verir ki, ABŞ-ın Manhetten şəhərində bir neçə min azarkeş klubun nəhəng formasının mozaikasını yaradıblar.
Lakin bu cəhd gözlənildiyi kimi "Ginnesin rekordlar kitabı"na düşməyib. Belə ki, əvvəlcə fleşmobda 5000 insanın iştirak etməsi planlaşdırılsa da, sonda sadəcə 3300 insan qatılıb.
Tədbirdə klub prezidenti Xosep Maria Bartomeu, Kataloniya təmsilçisinin sabiq futbolçuları Tyerri Anri, Yuliano Belletti də iştirak edib. Ən böyük forma mozaikası rekordu 2015-ci ildə, Bağdadda (4200 nəfər) qeydə alınıb.

