"Kəpəz" Gəncəyə qayıtdı

23 İyul 2017 00:08 Azarkeş 638
"Kəpəz" Gəncəyə qayıtdı

“Kəpəz”in əvəzedici heyəti yeni mövsüm öncəsi hazırlığın Bakı hissəsini başa vurub. Sportinfo.az xəbər verir ki, “sarı-göylər” dünən paytaxtı tərk edərək Gəncəyə dönüb.

“Dalğa Arena”da təlim-məşq toplanışı keçmiş komandanın üzvlərinə 3 günlük istirahət verilib. Əvəzedicilər hazırlığın növbəti hissəsini Nizami yurdunda keçirəcək.

İyul ayının 13-dən 22-nə kimi Bakıda olduğu müddətdə komanda 3 yoxlama oyununa çıxıb. Gəncəlilər “Qarabağ” (0:0), “Qəbələ” (0:3) və “Zirə” (1:2) klublarının əvəzedici heyətləri ilə qarşılaşıblar.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?