“Qarabağ”lı fanatlardan təhqir: "Çox xahiş edirik, buna son qoyun!"

21 İyul 2017 17:12 Azarkeş 926
“Qarabağ”lı fanatlardan təhqir: "Çox xahiş edirik, buna son qoyun!"

Azərbaycanlı futbol azarkeşləri “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan “Şerif”in rəsmi “facebook” səhifəsində çoxsaylı təhqiramiz “şüarlar” yazıb.

Sportinfo.az xəbər verir ki, Moldova çempionu buna adekvat cavab verib. “Şerif”in “facebook” səhifəsi bu cür ifadələrə yol verən azərbaycanlılara müraciət edib:

“Hörmətli azərbaycanlı dostlar!!! Artıq dərəcədə xahiş edirik ki, təhqiramiz ifadələrədək enməyəsiz və “Şerif”ə verbal hücumlara son qoyasız. Bunun “Şerif”in rəsmi səhifəsini olduğunu nəzərə alaraq, bütün bu tip yazıların dərhal silinəcəyini bildiririk. Anlayışa görə, təşəkkür edirik”.

Məhz bu cür şərhlərə görə daha əvvələr “Seltik”, ”Göteborq”, PAOK və UEFA Avropa Liqasının rəsmi səhifəsi Azərbaycandan girişi qadağan etmişdi. Bu isə oyunöncəsi qarşı düşərgədə olanları oxuculara çatdırmaq üçün çalışan media nümayəndələrinin işinə çətinlik törədir.

“Qarabağ“ın bəzi keçmiş rəqibləri var ki, hələ də bu “ban“ı açmayıb. Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində çempionumuzla qarşılaşan “Viktoriya“ yalnız yaxınlarda bu qadağanı götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?