Stadionda faciə: Ən azı 8 ölü

16 İyul 2017 14:59 Azarkeş 594
Stadionda faciə: Ən azı 8 ölü

Seneqal kubokunun finalında faciə yaşanıb. Sportinfo.az xəbər verir ki, paytaxt Dakarda keçirilən final oyununda “Stad de Mbur”la “Yunion Sportiv Uakam” üz-üzə gəlib. “Stad de Mbur” əlavə vaxtda 2:1 hesabı ilə qalib gəlib.

Final fitindən sonra tribunalarda azarkeşlər arasında qarşıdurma yaşanıb. Polis olaya müdaxilə edib. Azarkeşləri sakitləşdirmək istəyən polis gözyaşardıcı qazdan istifadə edib.

Bu da azarkeşlər arasında panikaya səbəb olub. Bu zaman stadionun divarlarından biri təzyiqə dözməyərək uçub. Ən azı 8 nəfərin öldüyü, yüzlərlə insanın xəsarət aldığı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?