Polis "Qəbələ"nin qonaqlarını Bakıda kimdən qoruyurdu? FOTOLAR

14 İyul 2017 19:36 Azarkeş 937
Polis "Qəbələ"nin qonaqlarını Bakıda kimdən qoruyurdu? FOTOLAR

Dünən Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” mövsümdə ilk rəsmi matçını "Bakcell Arena"da keçirib. Roman Qriqorçukun komandası “Yagelloniya”nı qəbul edib.

Gərgin mübarizə şəraitində keçən matçın ilk hissəsi "Qəbələ" üçün yaxşı keçməyib. İlk 45 dəqiqəni 1:0 hesabı ilə geridə tamamlayan komanda ikinci hissənin əvvəllərində hesabı bərabərləşdirməyi bacarıb. 47-ci dəqiqədə Steven Jozef-Monroz hesabı bərabərləşdirib.

Geridə qalan dəqiqələrdə komandalar çox çalışsalar da hesabı dəyişə bilməyib. Bu oyun zamanı diqqət çəkən daha bir məqam Bakıya 30-dan artıq polşalı fanatın gəlməsi və onların ciddi polis nəzarəti altında qalmasıdı. Asayiş keşikçiləri yerli tərəfdarların qonaqlarla hər hansı şəkildə münasibət qurmasına imkan verməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti