FOTO “Qarabağ”ın oyunundan çıxdlılar, metronu bu hala saldılar

12 İyul 2017 19:00 Azarkeş 861
FOTO  “Qarabağ”ın oyunundan çıxdlılar, metronu bu hala saldılar

Dünən keçirilən “Qarabağ” – “Samtredia” oyunundan Bakı metropliteni də öz nəsibini alıb. Sportinfo.az xəbər verir ki, matçdan sonra qatarların birinə ziyan dəyib.

Bu haqda məlumatı Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev paylaşıb: “Bu şəkillər Bakı Metrosunun 1566 saylı vaqonundandı. Dünən Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi.

Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma və lakin "Qarabağ"ın oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "insanlar" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu bu vəziyyətə salıblar. Əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər...".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti