"Qarabağdakı ilk idman yarışının bir parçası olmaq mənə xoş oldu" - AÇIQLAMA

9 May 2022 23:40 Azarkeş 513
"Qarabağdakı ilk idman yarışının bir parçası olmaq  mənə xoş oldu" - AÇIQLAMA

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsində start götürən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqataya avarçəkmə yarışları ilə Mingəçevirdə yekun vuruldu.

Suqovuşanda start götürən yarışa qatılanlar arasında futbol ictimaiyyətinə yaxşı tanış olan Azərbaycan Azarkeşlər Birliyinin rəhbəri Atanur Cəfərli də vardı.

Cəfərli tarixi yarışla bağlı hisslərini Sportinfo.az-la bölüşüb: "Bizi yarışa Azərbaycan kayak və kanoe avarçəkmə federasiyası dəvət etmişdi. Mənim üçün bir azarkeş kimi xoş oldu ki, işğaldan azad olmuş torpaqlarımızda keçirilən ilk beynəlxalq idman yarışının bir parçası oldum. Yarış da çox gözəl təşkil olunmuşdu. Federasiyalardan dəvət alan qonaqlar vardı. Cənab nazir Fərid Qayıbov özü də tədbirdə iştirak etdi. İlk dəfə idi avarçəkmə yarışlarını izləyirdim. Bu yarışı möhtəşəmləşdirən azad olunmuş Qarabağda ilk yarış statusunda olması idi. Həmin qurur hissini bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”