"Qarabağ": Satış yaxşı gedir

10 İyul 2017 08:24 Azarkeş 655
"Qarabağ": Satış yaxşı gedir

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la Gürcüstan "Samtredia"sı arasında keçiriləcək qarşılaşmaya bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, azarkeşlər hər gün saat 10:00-dan 19:00-a kimi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından bilet əldə edə bilər.

Ağdam klubundan verilən məlumata görə, geridə qalan günlərdə artıq 9000 bilet öz sahibini tapıb. Matç iyulun 11-də keçiriləcək və saat 21:00-da start götürəcək. Biletlərin qiyməti sektorlara görə 1-5 AZN arasında dəyişir, VİP sektoruna isə 30 AZN-di.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11-13, 29, 38 və 14-18 nömrəli sektorlar - 5AZN
VİP - 30 AZN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti