Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) qarşılaşmasının biletləri satışa çıxır.
Sportinfo.az xəbər verir ki, azarkeşlər sabah - iyulun 7-si saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.
"Qarabağ" – “Samtredia" matçı iyulun 11-i saat 21:00-da start götürəcək. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-di.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11-13, 29, 38 və 14-18 nömrəli sektorlar - 5AZN
VİP - 30 AZN

