İcraiyyə Komitəsinin iclasının təxirə salınma səbəbi

20 May 2020 00:42 AÇ-2020 890
İcraiyyə Komitəsinin iclasının təxirə salınma səbəbi

UEFA mayın 27-də keçirməli olduğu İcraiyyə Komitəsinin iclasını İngiltərənin paytaxtı Londonun Avropa çempionatı üçün hələ təşkilati təminat verməməsi səbəbindən təxirə salıb.

Sportinfo.az xəbər verir ki, ləngimə yerli hakimiyyətin zəmanəti təsdiqləməməsi ilə əlaqədardır. Londonun AVRO-2020-dən imtina etməyəcəyi də vurğulanıb.

İcraiyyə Komitəsinin iclası iyunun 17-nə təxirə salınıb. UEFA koronavirus pandemiyası səbəbindən bəzi arenalarla bağlı məsələlərin ortaya çıxmasını səbəb göstərib. Təşkilatçı şəhərlər müəyyən vaxtadək çempionat oyunlarını qəbul etmək niyyətlərini təsdiqləməlidirlər.

Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir.

İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

Digər Xəbərlər
Xəbər Lenti