Giqqz Bakıya gətirəcəyi ulduzları hələ müəyyənləşdirməyib

8 Mart 2020 15:00 AÇ-2020 596
Giqqz Bakıya gətirəcəyi ulduzları hələ müəyyənləşdirməyib

“Mənim üçün futbolçunun 35, yoxsa 17 yaşda olmasının bir önəmi yoxdur. Kim hazır olacaqsa, o da Avropa çempionatına aparılacaq”.

Sportinfo.az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz deyib.

AVRO-2020-nin A qrupunda İtaliya, Türkiyə və İsveçrə ilə mübarizə aparacaq britaniyalıların çalışdırıcısı yekun “23-lüy”ü müəyyənləşdirməkdə çətinlik çəkəcəyini söyləyib:

“Bəzən təcrübə kömək ola bilər, ancaq gənclərin enerjisi də lazımdır. Bir çox futbolçunun xidmətindən yararlanmışam. Xüsusən də, gəncləri diqqətdə saxlayıram. Artıq milliyə seçim imkanımız genişdir.

Bakıya aparacağım oyunçuları hələ seçməmişəm. Formadan düşmək və zədələnmək ehtimallarını nəzərə almaq lazımdır. Yekun “23-lüy”ü müəyyənləşdirmək asan olmayacaq. Futbolçular həmin vaxta qədər hazır olmalıdırlar”.

Uels millisi AVRO-2020-də iyunun 13-də İsveçrə və 17-də Türkiyə ilə Bakıda, 21-də isə İtaliya ilə Romada qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!