AVR0-2020-nin biletləri satışda

4 Dekabr 2019 19:55 AÇ-2020 829
AVR0-2020-nin biletləri satışda

AVRO-2020-nin biletləri bu gündən satışdadır.

Sportinfo.az xəbər verir ki, bilet satışının 2-ci mərhələsinin bu tarixdə başlanması püşkatmadan sonra komandaların hansı qrupda və ev sahibi şəhərlərdə oynamasının dəqiqləşməsi ilə əlaqədardır.

Azarkeşlər bu gün saat 17:00-dan - 18 dekabr 17:00-a qədər yalnız www.euro2020.com/tickets saytı vasitəsilə AVRO-2020 oyunlarına biletlər üçün müraciət edə bilərlər. Hər hansı oyuna görə müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, bu zaman biletlər lotereya sistemi vasitəsilə satılacaq. Lotereya qalibləri onlara email bildiriş gəldikdən sonra ödənişi həyata keçirib biletlərini əldə edəcəklər. Əgər loterayada iştirak edən müraciətçilərin sayı satışa buraxılan bilet sayından az olarsa, boş qalan biletlər yanvardan etibarən birbaşa satışa çıxarılacaq.

Müraciətçilər özü də daxil olmaqla, maksimum 4 bilet ala bilər. Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 70 avro, üçüncü kateqoriya 30 avro olacaq. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.

Qeyd edək ki, çempionata ev sahibliyi edəcək digər 9 şəhərdən fərqli olaraq Bakı, Buxarest və Budapeştin ev sahibiliyi edəcəyi oyunlar üçün biletlər daha ucuz qiymətlə təklif olunur..

Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00
Uels - İsveçrə

17 iyun, saat 20:00
Türkiyə - Uels

21 iyun, saat 20:00
İsveçrə - Türkiyə

4 iyul, saat 20:00
¼ final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti