Avro-2020: Daha kimlər və necə seçiləcək? - TƏSƏLLİMİZ

4 Dekabr 2019 00:42 AÇ-2020 1 006
Avro-2020: Daha kimlər və necə seçiləcək? - TƏSƏLLİMİZ

Sportinfo.az xəbər verir ki, I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, şahmat olimpiadası, Avropa liqasının final matçı və s. dünya miqyaslı yarışların ardınca daha bir möhtəşəm idman bayramının təşkilatçılıq sətirlərini ölkəmizin tarixinə yazacaq növbəti mötəbər mübarizəyə birbaşa yol açıldı.

Futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi Rumıniyanın paytaxtı Buxarestdə keçirildi. Bütün qitəyə səpilmiş çempionat kimi tarixə düşəcək budəfəki Avropa çempionatının 12 şəhəri sırasında Bakı da var.

Məlum olduğu kimi, "A" qrupunun qarşılaşmaları Roma və Bakıya həvalə olunub. Paytaxtımız daha sonra 1/4 final mərhələsinin qarşılaşmasını da qəbul edəcək.

Azərbaycan millisinin uğursuzluqlarından sonra bu tarixi yarışın bizim üçün iştirakçılarla bağlı təsəllisi azarkeşlik ediləcək komandadır: püşk Türkiyə millisinin yolunu Bakıdan saldı.

Bu ərəfədə bəlli idi ki, final mərhələsinə lisenziya qazandığından İtaliya hər üç görüşünü doğma divarlar arasında keçirəcək və Bakıya gəlməyəcək. Türkiyə millisi vəsiqə əldə etdikdən sonra isə hər iki ölkədə arzular bu səmtə yönəlmişdi. Püşkatma təsadüfə bu göəzlliyi nəsib etdi.

Açılış görüşünü Romada keçirəcək Türkiyə sonrakı iki rəqibi ilə Azərbaycan paytaxtının Olimpiya stadionunda üz-üzə gələcək. Püşkatmadan sonra qardaş ölkənin seçməsinin Bakıda elə doğma divarlar arasında oynayacağını bütün Türkiyə sevinclə qeyd edir.

Ay-ulduzlu komandanın baş məşqçisi Şənol Günəşin sözləri bu sevincin ümumiləşmiş ifadəsidir: "Biz Bakını istəyirdik. Əvvəlcə Romaya açılış matçı üçün gedib, uzun bir səfər çıxsaq belə, Bakıda öz evimizdəki kimi oynayacağıq. İnanıram ki, hamını sevindirəcəyik".

Qrupun təqvimi belədir:

12 iyun: Türkiyə – İtaliya; 13 iyun: Uels- İsveçrə

17.06 Türkiyə – Uels, İtaliya- İsveçrə

21.06 İsveçrə – Türkiyə, İtaliya - Uels

Ümumən püşkatma ərəfəsində təşkilatçılarla bağlı bir qərar da var idi. Şəhərlərdən ikisinin (Kopenhagen və Sankt-Peterburq) ölkəsi Danimarka və Rusiya seçmələri final mərhələsində yer alıblar. Püşklə müəyyən olundu ki, Danimarka bütün rəqibəri «Parken» stadionunda qəbul edəcək. Rusiya isə yalnız iki görüşünü evdə keçirəcək.

2020-ci il Avropa çempionatının qrupların tərkibi belə formalaşıb:

"B" qrupu (Sankt-Peterburq və Kopenhagen): Danimarka, Finlandiya, Belçika, Rusiya;

«C» qrupu (Amsterdam və Buxarest): Niderland, Ukrayna, Avstriya, «D» və ya «A» pley-offunun qalibi;

«D» qrupu (London və Qlazqo): İngiltərə, Xorvatiya, «C» pley-offunun qalibi, Çe Reıpublikası;

«E» qrupu (Bilbao və Dublin): İspaniya, İsveç, Polşa, «B» pley-offunun qalibi;

«F» qrupu (Münxen və Budapeşt): «A» və ya «D» pley-offunun qalibi, Portuqaliya, Fransa, Almaniya.

Qeyd: Yarışların keçiriləcəyi şəhərlərdən biri Buxarestdir və Rumıniya Millətlər liqasının «Dördlər finalı»nın iştirakçısı olduğundan UEFA püşkatmada bu qeyri-müəyyənliyə getməli olub.

Yarış iyunun 12-də Roma «Olimpiko»sunda başlanıb, düz bir ay sonra - iyulun 12-də Londonun «Uembli»sində keçirilən final qarşılaşması ilə tamamlanacaq.

Millətlər Liqası ilə seçim qaydaları da dəyişmiş Avropa çempionatının son seçmə matçları gələn ilin martında keçiriləcək. Hər divizion üzrə yarımfinal görüşləri bu qayda ilə keçiriləcək: Divizionlar üzrə final matçları martın 31-də qaliblər arasında baş tutacaq.

26 mart

«A» divizionu: İslandiya - Rumıniya, Bolqarıstan – Macarıstan;
«B» divizionu: Bosniya və Herseqovina – Şimali İrlandiya, Slovakiya – İrlandiya;
«C» divizionu: Şotlandiya - İsrail, Norveç – Serbiya;
«D» divizionu: Gürcüstan – Belarus, Şimali Makedoniya – Kosovo.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"