Adımız yox adlar içində…

20 Noyabr 2019 09:14 AÇ-2020 672
Adımız yox adlar içində…

AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycanın yer aldığı E qrupunda Xorvatiyadan sonra Uels millisi də final mərhələsinə vəsiqəni təmin edib.

Sonuncu turda evdə Macarıstan millisini 2:0 hesabı ilə məğlub edən Rayan Qiqqzin yetirmələri xallarının sayını 17-yə çatdıraraq bu hüquqa yiyələnib. Azərbaycanı 2:0 hesabı ilə məğlub edən Slovakiya isə 13 xalla qrup üçüncüsü olub.

Bunadək 18 komanda - İngiltərə, Almaniya, İspaniya, Hollandiya, İtaliya, Türkiyə, Fransa, Portuqaliya, Çexiya, Ukrayna, İsveçrə, Danimarka, İsveç, Polşa, Avstriya, Belçika, Rusiya, və Finlandiya final mərhələsinə vəsiqə qazanıb.

Qalan 4 vəsiqənin sahibi UEFA Millətlər Liqasının 4 Liqasında keçiriləcək "pley-off" oyunlarından sonra müəyyənləşəcək. Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"