UEFA-nın “Qarabağ”la bağlı hesablaması – Burada nə var?

27 Noyabr 2020 00:40 Avropa Liqası 814
UEFA-nın “Qarabağ”la bağlı hesablaması – Burada nə var?

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Sivasspor” (Türkiyə) matçının statistikası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA İ qrupunun IV turunun görüşünün statistik göstəricilərini hesablayıb.

Rəqibini İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən Azərbaycan çempionu, demək olar ki, bütün komponentlərdə rəqibini üstələyib.

“Sivasspor”un yalnız vurulan qol sayı təmsilçimizdən çox olub ki, bu da türkiyəlilərin qələbəsinə kifayət edib.

“Qarabağ” (Azərbaycan) - “Sivasspor” (Türkiyə)
Qollar
– 2:3
Zərbələr – 11:10
Çərçivəyə zərbələr – 3:6
Çərçivəyə düşməyən zərbələr – 5:2
Bloklanan zərbələr – 3:2
Künc zərbələri – 4:6
Oyundankənar vəziyyət – 0:4
Topa sahibolma faizi – 55:45
Ötürmələrin dəqiqlik faizi – 87:77
Ötürmələr – 493:388
Dəqiq ötürmələr – 428:299
Sarı vərəqələr – 2:3
Qırmızı vərəqələr – 0:0
Qayda pozuntuları –11:15

Digər Xəbərlər
Xəbər Lenti