Avroliqada III təsnifat mərhələsinin cütləri

18 Sentyabr 2020 09:00 Avropa Liqası 1 052
Avroliqada III təsnifat mərhələsinin cütləri

Avropa Liqasında III təsnifat mərhələsinin cütləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, sentyabrın 24-də üz-üzə gələcək 35 cütdən 34-nün tərkibi tam dəqiqləşib.

Bunlardan 26-sı Əsas yolda mübarizə aparacaq. Digər 9 cüt isə Çempionlar yolunda qarşılaşacaq.

“Neftçi”ni mübarizədən kənarlaşdıran “Qalatasaray” bu mərhələdə “Hayduk”la üz-üzə gələcək. Türkiyənin digər klublarından “Beşiktaş” və “Alanyaspor”un da rəqibləri bəlli olub. Sonuncular “Rusenborq”la, istanbullular “Rio Ave” ilə üz-üzə gələcək.

Əsas yol

“Malmö” (İsveç) - “Lokomotiva” (Xorvatiya)

“Rusenborq” (Norveç) - “Alanyaspor” (Türkiyə)

“Qranada” (İspaniya) - “Lokomotivi” (Gürcüstan)

LASK (Avstriya) – “Dunayska Streda” (Slovakiya)

“Standard” (Belçika) - “Voyvodina” (Serbiya)

“Apollon” (Kipr) - “Lex” (Polşa)

“Sportinq” (Portuqaliya) - “Aberdin” (Şotlandiya)

“Volfsburq” (Almaniya) - “Desna” (Ukrayna)

“Riyeka” (Xorvatiya) - “Kolos” (Ukrayna)

“Milan” (İtaliya) - “Bodo Qlimt” (Norveç)

“Rostov” (Rusiya) - “Makkabi” (Hayfa, İsrail)

“Beşiktaş” (Türkiyə) - “Rio Ave” (Portuqaliya)

"Mura" (Sloveniya) - PSV (Niderland)

“Şarlerua” (Belçika) - “Partizan” (Serbiya)

“Fehervar” (Macarıstan) - “Reyms” (Fransa)

“Sankt-Qallen” (İsveç) - AEK (Yunanıstan)

“Şkendiya” (Şimali Makedoniya) - “Tottenhem” (İngiltərə)

“Villem II” (Niderland) - “Reyncers” (Şotlandiya)

“Bazel” (İsveçrə) - “Anartosis” (Kipr)

ÇSKA (Sofiya, Bolqarıstan) - B-36 (Farer adaları)

“Styaua” (Rumıniya) - “Slovan” (Çexiya)

“Qalatasaray” (Türkiyə) - “Hayduk” (Xorvatiya)

“Kopenhagen” (Danimarka) - “Pyast” (Polşa)

APOEL (Kipr) - “Zrinski” (Bosniya və Herseqovina)

“Hapoel” (Beer-Şeva, İsrail) - “Motervell” (Şotlandiya)

“Viktoriya” (Çexiya) - “Sonderyuske” (Danimarka)

Çempionlar yolu

“Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro)

“Şerif” (Moldova) – “Dandalk” (İrlandiya)

“Ararat” (Ermənistan) - “Çelye” (Sloveniya)

“Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) - “Seltik” (Şotlandiya)

“Kuopio” (Finlandiya) - “Suduva” (Litva)

“Legiya” (Polşa) - “Drita” (Kosovo)

“Klaksvik” (Farer adaları) - “Dinamo” (Tbilisi, Gürcüstan)

“Yurqorden” (İsveç) - ÇFR (Rumıniya)

“Floriana” (Malta) - “Flora” (Estoniya)

Digər Xəbərlər
Xəbər Lenti